AFFA-nın hakim-inspektoru dilinin bəlasına düşdü
12.01.2010 - 14:40
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, iclasda qurumun hakim-inspektoru Azad Feyzullayevin ötən həftə “Futbol+” qəzetinə verdiyi müsahibə ilə bağlı müzakirələr aparılıb. Onun müsahibədə AFFA və PFL əməkdaşlarının ünvanına iftiralar ataraq, təhqir etməsi bildirilib. Nəticədə İntizam Komitəsi Feyzullayevi 2 il müddətinə AFFA və PFL-in üzvü olan futbol qurumlarında fəaliyyət göstərməkdən məhrum edib.
Bundan başqa, komitə futzal üzrə Azərbaycan kubokunun qrup mərhələsi çərçivəsində PSL - “Normikro” matçında baş verənlərə də hüquqi qiymət verib. Həmin görüşdə PSL-in futzalçısı Rüfət Quliyev və “Normikro” oyunçusu Əsgər Əliyev bir-birini vurduğundan, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. Bu hərəkətə görə, hər iki futzalçı 2 oyunluq cəzalandırılıb.

- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
- Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir
0
0