Daha iki hakimimiz Xorvatiyaya gedir
12.01.2010 - 15:07
Xorvatiya və Estoniyanın qadın futbolçulardan ibarət milli komandaları arasında dünya çempionatının seçmə mərhələsindəki oyununu idarə edəcək azərbaycanlı hakimlərin tam siyahısı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, martın 27-də keçiriləcək görüşün baş hakimi Venera Muradova-Kahriçə 2 həmyerlimiz də kömək edəcək. Belə ki, Xorvatiyadakı qarşılaşmanın yan xətt hakimləri Ülviyyə Mustafayeva və Maya Nəbiyeva olacaq. Yarışın əsasnaməsinə görə, matçların ehtiyat hakimi yerli ədalət təmsilçilərindən biri olur.
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
- Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir
0
0