TFF Covanni Trapattoni ilə bağlı açıqlama verdi - YENİLƏNİB
12.01.2010 - 18:20
TFF Covanni Trapattoni ilə bağlı açıqlama verdi - YENİLƏNİB
Fatih Terimin istefasından sonra Türkiyə milli komandasını çalışdıracaq şəxsin adı müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ay-ulduzlular”a italiyalı mütəxəssis Covanni Trapattoniyə tapşırılır. Onun 4 illik müqaviləyə yanvarın 15-də imza atacağı bildirilir. Trapattoniyə sabiq futbolçu Marko Tardelli yardım edəcək. Bundan başqa, Ersun Yanal həm yığmada məşqçi, həm də aşağı yaş qruplarından ibarət komandalara məsul olacaq.

Türkiyə yığmasında ilə 4 milyon avro qazanacaq Trapattoninin hazırda İrlandiya komandasının baş məşqçisidir. İrlandiyalılar 71 yaşlı məşqçinin rəhbərliyi altında dünya çempionatının final mərhələsinə çıxmağa yaxın olsalar da, pley-offda Fransaya qalmaqallı matçda uduzublar (0:1; 1:1).

Qeyd edək ki, uzun müddət “ay-ulduzlular”ı çalışdırmış Fatih Terim ötən ilin oktyabrında istefa verib. O, milli komandanı 2010-cu il dünya çempionatının final mərhələsinə çıxara bilmədiyindən, vəzifəsindən gedib.

Az öncə Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən məsələyə münasibət bildirilib. Açıqlamada deyilir ki, xəbər həqiqətəuyğun deyil və TFF bu mütəxəssisi baş məşqçi təyin etmək niyyətində deyil.
0