Maklaren: 7 nömrəli formanı Vaqif Cavadova verəcəyəm
12.01.2010 - 16:00
Vaqif Cavadov Hollandiyanın “Tvente” klubunda 7 nömrəli formanı geyinəcək. Bu haqda apasport.az saytına “Qarabağ” komandasının direktoru Əmrah Çəlikəl məlumat verib.
“Vaqif yeni komandasında 7, yaxud 20 nömrəli formada oynamaq istəyirdi. Qərara alındı ki, ona 7 nömrə verilsin. Ancaq Cavadova “Tvente”ni daşıyacağı forma sonradan veriləcək. Bunun üçün baş məşqçi Stiv Maklarenin Hollandiyaya qayıdışını gözləyirlər. Bildiyiniz kimi, “Tvente” hazırda İspaniyada hazırlıq keçir və həftə sonuna kimi geri qayıtmalıdır. Həmin vaxt Hollandiya çempionatında ikinci dövrə başlayacaq. Bir həftə sonra təqdimetmə mərasimi təşkil olunacaq və Maklaren formanı Cavadova təqdim edəcək. Vaqif isə yaxın günlərdə vətənə qısa müddətli səfər edəcək. O, yır-yığış etdikdən sonra yenidən Hollandiyaya yollanacaq. Vaqif atası ilə birgə Enshede şəhərində qaldı. Mən isə hazırda Amsterdayam və bir neçə günlüyə Türkiyəyə yollanıram” – deyə Çəlikəl bildirib.
Qeyd edək ki, Cavadovun “Qarabağ”da daşıdığı 20 nömrəyə “Tvente”də Luk de Yonq sahibdir. Ancaq “7” Romano Dennebumun ötən ilin avqustunda Rotterdamın “Sparta” klubuna icarəyə verilməsindən sonra boşdur. “Tvente”də cari mövsümdə cəmi bir oyun keçirən 29 yaşlı holland hücumçu milli komandasında da bu sayda meydana çıxıb. Romanonun “Tvente” ilə müqaviləsinin müddəti gələn yay bitəcək.

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0