Roberto Karlos: Biz yığmaya qayıdacağıq
12.01.2010 - 16:38
Roberto Karlos: Biz yığmaya qayıdacağıq
Braziliya milli komandasının sabiq futbolçusu Roberto Karlos bu ilin yayında keçiriləcək dünya çempionatının final mərhələsində oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, ötən ay Türkiyənin “Fənərbaxça” klubundan ayrılan 37 yaşlı müdafiəçi çıxış etdiyi yığma haqqında fikirlərini açıqlayıb. Karlos Braziliyanın “Korintians” klubundakı komanda yoldaşı Ronaldo ilə birlikdə yenidən millidə oynayacaqlarının mümkünlüyünü bildirib: “Mən Ronaldoya motivasiya olunmaqda kömək etmək istəyirəm. Biz futboldan birlikdə həzz alacağıq. Ehtimal edə bilərəm ki, biz hələ Braziliya yığmasına da qayıtmağı da bacaracağıq”.

Qeyd edək ki, Ronaldo 1994 və 2002, Karlos isə 8 il əvvəl dünya çempionu adını qazanıb.
0