Rusiya qələbə qazandı, Azərbaycan heç-heçə etdi
12.01.2010 - 17:16
Rusiya qələbə qazandı, Azərbaycan heç-heçə etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Oliver Pelzein yetirmələri Belarusun paytaxtı Minskdə keçirilən turnirin ikinci turu çərçivəsində Latviya ilə görüşüblər.

İlk oyununda eyni – 0:1 hesabı ilə uduzan komandalar öz aralarında da kimin güclü olduğunu müəyyənləşdirə bilməyib – 1:1. Hər iki komanda fasilədən sonra fərqlənib. Latviya yığması 43-cü dəqiqədə hesabı açsa da, cəmi iki dəqiqə sonra futbolçularımız bərabərliyi təmin edən qolu vurub. Təmsilçimiz qrupda son oyununu yanvarın 14-də Rusiyaya qarşı keçirəcək. Komandamızın yer aldığı B qrupunda keçirilən turun digər oyununda Rusiya Moldovanı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 17 yaşlıların oyunları hissələrin hər biri 40 dəqiqə olmaqla keçirilir.

1

Rusiya

2

2

0

0

3-0

6

2

Moldova

2

1

0

1

1-2

3

3

Azərbaycan

2

0

1

1

1-2

1

4

Latviya

2

0

1

1

1-2

1

0