“Neftçi”dən qovulan məşqçinin arzusu gözündə qaldı
13.01.2010 - 09:41
Kiyev “Dinamo”sunun sabiq futbolçusu Sergey Kovalets “Obolon”un yeni baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, “pivəbişirənlər”in yeni çalışdırıcı ilə anlaşması Bakının “Neftçi” komandasının sabiq baş məşqçisi Anatoli Demyanenkonun işsiz günlərinə son qoymaq arzusunu gözündə qoyub.
Belə ki, 51 yaşlı mütəxəssis “Obolon”un “sükanı arxasına” keçməyə əsas namizəd sayılırdı. Kovaletsin təyinatı isə 2008-ci ilin yanvarından sentyabrına kimi “Neftçi”də işləmiş Demyanenkonun yenidən məşqçiliyə başlamasına əngəl olub. Bakını tərk edəndən işsiz qalan ukraynalı indi növbəti təklifləri gözləməlidir.
Qeyd edək ki, Demyanenkonun arzusunu gözündə qoyan Kovalets “Karvan”ın baş məşqçisi Yunis Hüseynovun kurs yoldaşıdır. Onlar bir yerdə oxuduqları məşqçilik kurslarında “Pro” kateqoriyasını birlikdə alıb.

- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
0
0