“Turan” - “Neftçi” oyununda nə olub, necə olub, hamısını bilirəm”
13.01.2010 - 10:19
“Turan” - “Neftçi” oyununda nə olub, necə olub, hamısını bilirəm”
“Son vaxtlar “Turan” - “Neftçi” oyunu ilə bağlı çox danışılır. Tovuzluların həmin matçda qəsdən uduzduqları deyilir. Amma bu məsələdə futbolçuları günahlandırmaq doğru olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın sabiq vitse-prezidenti Nail Əliyev deyib.

O, ötən il dekabrın 5-də Tovuzda “Turan” və “Neftçi” arasında keçirilmiş şübhəli oyuna toxunub. Sabiq vitse-prezident sözügedən qarşılaşma barədə hər şeyi bildiyini söyləyib: “Tovuz böyük futbol ənənələrinə malik bölgədir. Ancaq indi Tovuz futbolu ağır günlərini yaşayır və ona kömək lazımdır. Konkret “Turan” və “Neftçi” arasındakı görüşə gəlincə, mənə orada baş verən hər şey aydındır, nə olub, necə olub, hamısını bilirəm”.

Qeyd edək ki, həmin matçda “Turan” ilk hissədə “Neftçi”ni 2:0 hesabı ilə üstələsə də, fasilədən sonra öz qapısından bilərəkdən 3 top buraxaraq, uduzub.

Mənbə: “Çempion-Azərbaycan” qəzeti
0