Yağış Ağasəlim Mircavadova mane oldu
13.01.2010 - 10:51
Yağış Ağasəlim Mircavadova mane oldu
Türkiyənin Belek şəhərində təlim-məşq toplanışı keçirən “Xəzər-Lənkəran” 2010-cu ilin hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə bir araya gələn lənkəranlılar məşqlərə 18 futbolçu ilə başlayıb.

Beş ulduzlu “Cornelia De Lux Resort” otelində məskunlaşan komandanın düşərgəsində olan futbolçular Kamran Ağayev, Dmitri Kramarenko, Zabit Səfərov, Ruslan Poladov, İvan Pexa, Tomas İneman, Radomir Todorov, Dieqo Qusmao, Devran Ayhan, Rahid Əmirquliyev, Junior Osvaldo, Alim Qurbanov, Nizami Hacıyev, Ramazan Abbasov, Denis Kalinkov, Mario Souza, İvan Svetkov və Allan Lalindir.

Toplanış çərçivəsində baş məşqçi Ağasəlim Mircavadovun 10-a yaxın legioneri sınayacağı gözlənilir. 63 yaşlı mütəxəssis baxışa gələn əcnəbilər arasında seçim edərək ən yaxşıları saxlayacaq. “Xəzər-Lənkəran”ın Türkiyədə baş tutan ilk məşqində isə Mircavadov problemlə üzləşib. Belə ki, havanın yağışlı olması və yol yorğunluğunu nəzərə alan məşqçilərimiz futbolçuları çox yormayıblar. Bu gündən isə lənkəranlılar gündə iki dəfə məşqə çıxacaq.

Qeyd edək ki, Rusiya Premyer Liqasında çıxış edən “Rostov”, həmçinin Almaniyanın üçüncü dəstəsində mübarizə aparan “Unterhahinq” də “Xəzər-Lənkəran”la eyni oteldə qalır.
0