“Turan”da 8 yeni futbolçu
13.01.2010 - 11:06
“Turan” klubuna Gürcüstandan üç futbolçu baxışa gəlib. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Nizami Sadıqovun sözlərinə görə, yeni gələnlər 18-19 yaşlı gürcü oyunçulardır. O bildirib ki, daha 5 legioner də gələcək.
“Dördü Türkiyədən, biri Nigeriyadan gəlməlidir. Bizə əsasən müdafiə və orta sahəyə oyunçular lazımdır. Düzdür, hücumçularımız olsa da, bu mövqeyə də legioner sınaya bilərik. Nigeriyalı elə hücumçudur. Hücumçularımızdan Junivan Suareslə Nadir Nəbiyevi buraxmaq fikrimiz yoxdur. Onlar müqavilə ilə bizim futbolçulardır və hazırlıq prosesimizə qatılmasını gözləyirik. Nadirlə söhbətim olub. Junivan istirahətlə əlaqədar son vaxtlar Braziliyada olub” - deyə Sadıqov bildirib.
Qeyd edək ki, Sadıqov ötən ilin iyulunda “Turan”ın sükanı arxasına qayıtdı.

0
0