Xavi: Dünyanın ən yaxşı pleymeykeri
13.01.2010 - 11:27
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin ən yaxşı oyun qurucularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, İspaniya yığmasının yarımmüdafiəçisi Xavi planetin ən yaxşı pleymeykeri seçilib.
Ötən il iyunun 9-da Bakıda keçirilən yoldaşlıq oyununda Azərbaycan milli komandasına qarşı oynamış 30 yaşlı futbolçu ölkəsinin 6:0 hesabı ilə qalib gəlməsində pay sahibi olub. Səsvermədə 164 xal toplayan “Barselona”lı futbolçu ən yaxın izləyici – komanda yoldaşı Lionel Messini 21 xal qabaqlayıb.
Ötən il dünya və Avropanın ən yaxşı oyunçusu seçilən argentinalının hesabında 143 xal olub. Üçüncü yeri Braziliya yığmasının və İspaniya “Real”ının üzvü Kaka tutub. Ötən ilin ən yaxşı pleymeykeri 99 xal toplayıb. Maraqlıdır ki, ilk 3 yeri olduğu kimi, 4-cü yeri də İspaniyada çıxış edən oyunçu tutub. Bu Kakadan cəmi 1 xal geri qalan Andres İniyestadır. İspaniya yığmasının futbolçusu ilk “dördlük”də “Barselona” yarımmüdafiəçilərinin sayını 3-ə çatdırıb.
Qeyd edək ki, İFFHS-in sorğusunda qurumun Azərbaycan üzrə nümayəndəsi, apasport.az saytının əməkdaşı Vüqar Xeyrullayev də iştirak edib. Əməkdaşımız ən yaxşı hakim (Massimo Buzakka) və ən yaxşı klub məşqçisi (Xosep Qvardiola) ilə bağlı sorğuda olduğu kimi, yenə qalibi düzgün müəyyənləşdirib. Əməkdaşımız, həmçinin 3-cü və 4-cü yerləri tutan Kaka ilə İnyestaya da səs verib. Messiyə səs verməməyimiz isə onun daha çox cinah hücumçusu kimi oynaması ilə bağlıdır. Belə ki, Lionel “Barselona”da Xavi və İnyestadan fərqli, daha çox sağ cinahda yer alır.

0
0