“Neftçi” yoxlama matçında uduzdu
13.01.2010 - 11:42
Futzal üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Avropa çempionatının final mərhələsinə hazırlaşan yığmamız “Neftçi İSM” klubu ilə yoxlama oyunu keçirib. Qarşılaşma 4:2 hesabı ilə millinin xeyrinə başa çatıb. “Neftçi İSM”in qapısından topları Felipe Ribeyro (2 qol), Vitali Borisov və Alves Ediqleuson keçiriblər.
Qeyd edək ki, bu yanvarın 19-da start götürən turnirə hazırlıq məqsədilə təlim-məşq toplanışında olan millimizin eyni rəqiblə ikinci oyunu idi. Bir neçə gün əvvəlki görüşdə Joze Alessio da Silvanın yetirmələri 8:1 hesabı ilə qalib gəlmişdi.

- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
0
0