Ən yaxşı futzal komandaları məlum olub
13.01.2010 - 13:10
Ən yaxşı futzal komandaları məlum olub
Dünyanın ən yaxşı futzal komandalarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, planetin nüfuzlu futzal ekspertlərinin araşdırmaları nəticəsində məşhur “Umbro” şirkətinin təsis etdiyi mükafatın 2009-cu il üçün sahibləri müəyyənləşib.

İran yığması Braziliya və İspaniya kimi komandaları arxada qoyaraq, ötən ilin ən yaxşı kişi futzal millisi adını qazanıb. Lakin top sehrbazları adını qazanan cənubi amerikalılar da mükafatsız qalmayıb. Braziliyanın qadınlardan ibarət milli komandası xanım futzalçıların ən yaxşı yığmasına verilən titulun sahibi olub. Altıqat Braziliya çempionu olan “Karlos Barbosa” planetin ən güclü klubu seçilib.
0