“Simurq”un ilk transferləri
25.01.2010 - 15:41
“Simurq”un ilk transferləri
Zaqatalanın “Simurq” klubu heyətinə 3 futbolçu qatıb. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, qış hazırlıq prosesini Gürcüstanda keçirən Zaqatala təmsilçisi ilk transferlərini rəsmiləşdirib. Belə ki, “Simurq” 3 futbolçu ilə müqavilə imzalayıb. Yeni transferlərdən serbiyalı yarımmüdafiəçi Nenad Beqoviçin son komandası İsrailin "Aşdod" klubu olub. Ukraynalı müdafiəçi Andrey Raspopov Belarusun "Qranit", mərkəz müdafiəçisi serbiyalı Draqan Perisic isə Ukraynanın "Metallurq" (Zaporojye) klubundan ölkəmizə gəlib.

Qeyd edək ki, “Simurq”un tarixi ərzində komandada serb futbolçu çıxış etməyib.
0