Azərbaycan – Çexiya matçının başlanma vaxtı bilindi
29.01.2010 - 16:12
Azərbaycan – Çexiya matçının başlanma vaxtı bilindi
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti oyununun vaxtı dəqiqləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 27-də Çexiyaya qarşı keçiriləcək matç saat 14:00-da başlayacaq. Həmin qarşılaşmanın baş tutacağı arenanın adına da aydınlıq gəlib. Azərbaycanlı və çexiyalı xanımlar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Qeyd edək ki, Avropa zonasının 8-ci seçmə qrupunda çıxış edən yığmamız keçirdiyi 3 görüşdə 4 xal toplayıb.
0