Mişel Platini Azərbaycan yığmasının oyununu izləyəcək
30.01.2010 - 12:41
Mişel Platini Azərbaycan yığmasının oyununu izləyəcək
UEFA prezidenti Mişel Platini Azərbaycan milli komandasının oyununu izləyəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qitə futbol qurumunun başçısı futzal yığmamızın Çexiya ilə Avropa çempionatında 3-cü yer uğrunda görüşünü izləmək üçün Macarıstanın Debretsen şəhərinə gəlib.

Bu gün turnirə yekun vurulacaq və Platini İspaniya ilə Portuqaliya yığmaları arasında final görüşünü də izlədikdən sonra qalibləri mükafatlandıracaq. Milli komandamızın oyununu izləmək üçün AFFA-nın baş katibi Elxan Məmmədovla Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov da bu gün Debretsenə yollanıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq Azərbaycan – Çexiya oyunu “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.
0