UEFA Naxçıvanı Türkiyə ərazisi kimi göstərib - FOTO
06.02.2010 - 17:16
UEFA Naxçıvanı Türkiyə ərazisi kimi göstərib - FOTO
Avropa futbol federasiyası Azərbaycanın ərazi bütövlüyünə zidd addım atıb. Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) təqdim etdiyi xəritədə Naxçıvan Muxtar Respublikası Türkiyə ərazisi kimi göstərilib. Lent.az-ın “anspress”ə istinadən verdiyi məlumata görə, UEFA-nın veb-səhifəsində yerləşdirilən xəritədə yazılar fransızcadır. Ancaq Azərbaycanın ayrılmazı tərkib hissəsi olan Naxçıvanın nəyə görə Türkiyə ərazisi kimi göstərilməsi məlum deyil.

Türkiyə mətbuatının məlumatına görə, UEFA bu addımı ilə daha bir yeniliyə imza atıb. Belə ki, indiyə kimi Türkiyə ərazisi yanlışlıqla başqa ölkələrin ərazisi kimi göstərilib. İndi isə başqa bir ölkənin ərazisi Türkiyə ərazisi kimi təqdim olunub.