“Mən hələ Azərbaycanda belə şey görməmişəm”
12.02.2010 - 12:47
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Ağasəlim müəllim, sizi sabahkı əlamətdar hadisə münasibəti ilə təbrik etmək istərdik.
- Əlamətdar hadisə? Nə olub ki?
- “Qarabağ”la qarşılaşma ölkə çempionatında “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi 100-cü görüşünüz olacaq. Bunu saytımızın hesablaması kimi diqqətinizə çatdırırıq...
- Açığı, yubiley oyunu olduğunu fikirləşmirəm, yazmıram, bilmirəm də.
- Hər halda, məşqçi üçün şəxsi göstəricilər, rekordlar da vacibdir...
- Qardaş mən bunlara yox, işimə fikir verirəm.
- Sizin üçün belə göstərici xoş deyil?
- (gülür) Xoş olmağına xoşdur. Əslində, mənim üçün bütün oyunlar vacib və yadda qalandır. Əlbəttə, bunlar araşdırmalardır. Əsas odur ki, işimiz yaxşı getsin. Qalanları düzələn şeylərdir.
- Doğrudanmı “Xəzər-Lənkəran”da 100-cü oyununuzun təxminən nə vaxt olacağını hesablamırdınız?
- İnanın ki, yox. Bilirsiniz, mən harada işləmişəmsə, belə şeylərə diqqət yetirmirəm. Ancaq komandaya, işimə fikir verirəm.
- Yubiley oyunu təkcə quru statistika deyil. Baş məşqçi üçün bir klubda 100 oyun keçirmək az göstərici sayılmır...
- Mən elə insan deyiləm ki, bir şeyə görə öyünəm. Harada iş görülübsə, deyərdim ki, bu, azdır və daha çox iş görmək lazımdır. Buna gücümüz də var və söhbət bundan gedir. Əlbəttə, xoş hadisələr ola bilər və siz də buna fikir verirsiniz. Bu, yaxşı, önəmli, bir tarixdir.
- 100-cü oyunu sizə tanış olan komandaya qarşı keçirəcəksiniz. Söhbət böyük uğurlar qazandığınız “Qarabağ”dan gedir...
- Bu da Allahın işidir. Əlbəttə, “Qarabağ” yaxşı komandadır. Yaxşı futbolçuları, məşqçi korpusu var. Deyərdim ki, “Qarabağ” bu qədər xalı öz oyunu ilə yığıb və bunu da nəzərə almalıyıq. Həmişə demişəm ki, klubların əksəriyyəti – 80-90 faizi xaricə təlim-məşq toplanışa gedirsə, hazırlıq görülürsə, deməli, onlar inkişafa doğru gedir. Ancaq inkişaf təkcə bununla ölçülmür. Uşaq futbolundan, bazalardan, əsas da meydançalardan başlayır. Meydança, meydança və yenə də meydança – mən buna daim xüsusi diqqət yetirirəm. Bu, hamımıza, bütün Azərbaycan futboluna aiddir. Elə ki, bir az yağış yağdı, meydançalarımıza oynamaq ağırdır. İnanın mənə ki, yaxşı meydançalarda klublarımızın hamısı yaxşı oyun göstərir. Mən buna Antalyada da şahid olmuşam və bildiyimdən belə deyirəm. Süni meydança isə çox ağırdır. Misal üçün, son turda Zaqatalada “Simurq”la görüşdən sonra futbolçuların yarısından çoxunun əzələsi ağrıyır. Yəni, biz belə qazonlara öyrəşməmişik. Yenə də deyirəm ki, hər klubun öz prinsipləri var və mən buna hörmətlə yanaşıram.
- Həm komandanız, həm də “Qarabağ” artıq “altılığ”a düşsə də, qızıl xallar vacibdir. Həm də nəzərə alaq ki, ilk dövrədə uduzduğunuz rəqibi bu dəfə məğlub etsəniz, cari mövsümdə ilk dəfə lider olacaqsınız. Bütün bunları nəzərə alsaq, “Qarabağ”la sabahkı görüşü 3 yox, 6 xallıq oyun sayırsınız?
- Fikrinizi başa düşdüm. Biz heç vaxt “qızıl xallar”ı saymırıq. Əsas məqsədimiz “altılığ”a düşmək və orada yaxşı oynamaq, qələbə qazanmaqdır. Əslində, “Xəzər-Lənkəran” üçün başqa amil də yoxdur. Yəni, hər oyunda qələbə əzmi olmalıdır və bu, komandanın prinsipidir. Mənə elə gəlir ki, bu, bütün klublarda var. Bu, o demək deyil ki, sabah çıxıb “Qarabağ”ı asan udacağıq – belə şey yoxdur. Sabahkı oyun əsas bir cəhətdən ağır olacaq ki, indi Lənkəranda qar yağır. Meydança yaxşı vəziyyətdə deyil, palçıq ola bilər. Hər iki komanda yaxşı meydançada yaxşı futbol oynayır. Həm bizdə, həm də “Qarabağ”da yığılan futbolçular daha çox texnikalı oyuna, topla yaxşı işləməyə fikir verirlər. Palçıqda başqa amillər - əzmkarlıq, fiziki durum və çox hərəkət vacibdir. Hər halda, hər iki komanda hücumameyllidir, hücum futbolunu sevir və bunları nəzərə alaraq, yaxşı oyun gözləyirəm.
- “Qarabağ”ın heyətində sizə yaxşı tanış olan futbolçu və məşqçilər var. Bunu qələbə qazanmaq baxımından əlavə üstünlük sayırsınızmı?
- Üstünlük deyəndə ki, “Neftçi”də işlədiyim zaman rəhbərliyim altında olan futbolçuların indi də işlərinin yaxşı getməsinə sevinirəm. Həmin vaxt futbolçum olan Qurban Qurbanov indi “Qarabağ”ın baş məşqçisidir, çalışır, irəli gedir. Bu, gözəl şeydir. Məlum şeydir ki, nəsil dəyişikliyi həmişə var, bunu adi qəbul etmək lazımdır. Azərbaycanda cavan məşqçilər çoxdur və onlara bir tövsiyəm çox oxumaq, öyrənməkdir. Çünki futbol çox dəyişdiyindən, hər gün bir məşq prosesi, yeni ideya olduğundan bilik çox lazımdır. Biz bu ideyaları bilməli, öyrənməli, klublarda bunu həyata keçirməliyik.
- Vaqif Cavadovun gedişindən sonra “Qarabağ”ın oyununda nəsə bir dəyişiklik hiss edirsinizmi?
- Vallah, “Qarabağ”ın oyununa çoxdandır baxmadığımdan, bu haqda bir şey deyə bilmərəm. Amma açıq deyə bilərəm ki, Vaqif “Qarabağ” üçün lider idi. İtki deyəndə ki, onun belə kluba gedişinə çox şad olduq. Məni “Qarabağ” rəhbərliyi, futbolçuları düzgün başa düşər ki, bunda onların hamısının əməyi var. Əvvəl dediyim kimi, Vaqifə “Tvente”də uğurlar diləyirəm. Ona arzu edirəm ki, orada daha da möhkəmlənsin. Çünki bu zaman Hollandiyada olan mütəxəssislər, menecerlər, klub rəhbərlərinin gözləri Azərbaycana baxacaq. Ölkəmizdə olan başqa futbolçuları da dəvət edəcəklər.
- Yəqin ki, “Xəzər-Lənkəran”da ilk oyununuz xatırlayırsınız...
- Hə, 2006-cı ilin avqustunda “Neftçi” ilə oynadıq və 2:1 hesabı ilə qalib gəldik. Yadımdadır, həmin vaxt Lənkəran stadionunun rəsmi açılışı idi və ölkə prezidenti İlham Əliyev də mərasimdə iştirak edirdi.
- Həmin vaxt da rəqib baş məşqçi Qurban Qurbanov idi. Bunu da bir təsadüf sayırsınız, yoxsa?
- Belə hadisələr olur. Ancaq bu, heç bir şey demir. Sözün düzü, belə şeylərə fikir vermirəm. Baş məşqçi eyni olsa da, komandalar fərqlidir. Yəni, o vaxt “Neftçi”, indi “Qarabağ”dır. Deyərdim ki, komandaların oyunları da ayrıdır. “Neftçi” bir futbol oynayır, “Qarabağ” başqa.
- Statistikaya, şəxsi göstəricilərə fikir verməsəniz də, hər halda, “Xəzər-Lənkəran”da bundan sonra hədəflərinizi bilmək maraqlı olardı. Yəqin ki, bu, ilk növbədə beynəlxalq miqyasda böyük uğur qazanmaqdır...
- Bunun üçün ilk növbədə ölkə daxilində nəsə əldə etməliyik. Bundan sonra Avropaya çıxıb, öz sözümü deməliyik. Məni əsas narahat edən mövsüm bitəndən sonra komandalarda heyətlə bağlı edilən dəyişiklərdir. Onsuz da həmin dövrdə vaxt azdır və heyətdəki itkilər əlavə problem yaradır. Bunu aradan qaldırmaq üçün futbolçular, məşqçilər heyəti ilə uzun müddətli müqavilələr olmalıdır. Hələ SSRİ dövründə uzun müddətli planlar olurdu. Məsələn, götürək “Tvente”nin Vaqiflə bağladığı müqavilənin müddətini. Deyəsən, 5 illik bağlayıb, elədir?
- 4,5 il.
- Göründüyü kimi, uzun müddətlidir. Ancaq bizdə belə şey olmur. Mən hələ Azərbaycanda belə şey görməmişəm.

0
0