Bissuma “Qalatasaray”a gəlir?
11.11.2025 - 20:11
"Tottenhem"in futbolçusu İv Bissuma karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Qalatasaray" malili yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq 29 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır. “Sarı-qırmızılılar” oyunçuya 3 illik müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, “Tottenhem” İv Bissumanı 2022-ci ildə “Brayton” klubundan transfer edib.
- “Merihi açıqlayır, klub satmayacağıq deyir” – Aziz Yıldırımdan sərt sözlər
- Semenyodan Qana etirafı – “Heç vaxt geri çevirməzdim”
- “Bayer”dən gözlənilməz seçim – 42 yaşlı katalan baş məşqçi oldu
- Vardi İspaniyaya gedir – La Liqanın yeni klubu israrlıdır
- “Qalatasaray”da ayrılıq siqnalı – Şalai "gözdən çıxarıldı"
0
0