2 kq vazelin
16.02.2010 - 15:54
2 kq vazelin
Rusiyadakı soyuqlar İsrailin “Hapoel” (Təl-Əviv) klubu futbolçularının gözünü qorxudub. Apasport.az saytının məlumatına görə, fevralın 18-də Avroliqanın 1/16 final mərhələsi çərçivəsində Kazan şəhərində yerli “Rubin”lə qarşılaşacaq israillilər səfərə ciddi hazırlaşıblar.

Belə ki, komanda özü ilə yun ədyal götürüb. Bundan görüş zamanı ehtiyat oyunçular skamyasında istifadə olunacaq. Həmçinin, “Hapoel” klubu Rusiyaya 2 kq vazelin də gətirib. Vazelin donmanın qarşısını almaq üçün dəriyə vurulacaq.

Qeyd edək ki, oyun günü Kazanda -20 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Buna görə də matçın təxirə salınacağı istisna deyil.