Mahir Şükürovun komandasında kuryoz hadisə
22.02.2010 - 12:18
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubunda kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın “Levski” komandasından dəvət olunan Yusuf Rabeh yoxa çıxıb.
Mahaçqala təmsilçisinin düşərgəsini tərk edən mərakeşli müdafiəçinin hara və niyə qaçdığı hələ müəyyənləşməyib. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Anji”nin düşərgəsini özbaşına tərk edən futbolçu hara getdiyi haqda heç kimə məlumat verməyib. Üstündə 400 avro olan Yusufun hansı istiqamətdə bilet aldığı da bilinmir. Onun qaçması “Levski”yə baha başa gələ bilər. Belə ki, onun transferi üçün 500 min avro ödəmək fikrində olan “Anji” qərarını dəyişə bilər.
Qeyd edək ki, Rabeh Çempionlar Liqasının təsnifat mərhələsinin “Bakı” ilə oyununda Feliks Felipe Almeydanın üzünə təpik vuraraq, cəzalanmamaqla məşhurlaşmışdı.

0
0