Futbolda heç vaxt belə şey olmamışdı
22.02.2010 - 13:23
Futbolda heç vaxt belə şey olmamışdı
Türkiyə Superliqasının XXII turunda keçirilən “Kasımpaşa” - “Qaziantepspor” oyunu dünya futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın “qəhrəman”ı baş hakim Hakan Özkan olub. O, 51-ci dəqiqədə təyin etdiyi qırmızı vərəqə və penalti qərarını ləğv edib.

Belə ki, ikinci hissənin əvvəlində qonaqların hücumçusu Xulia Sezar topu sol cinahdan cərimə meydançasına qaldırıb. Bu epizodda “Kasımpaşa”nın üzvü Ergün Teber topu sinəsi ilə uzaqlaşdırsa da, hakim onun komanda yoldaşı Barışın cərimə meydançasında əllə oynadığını zənn edib. Buna görə də Hakan Özkan Barışa qırmızı vərəqə göstərib və “Kasımpaşa”nın qapısına 11 metrlik cərimə zərbəsi verib.

Referini rüsvayçılıqdan dördüncü hakim Hüseyn Sabancı qurtarıb. O, Hakan Özkanla danışaraq, epizodu ona başa salıb və penalti olmadığın söyləyib. Məhz bundan sonra baş hakim həm qırmızı vərəqəni, həm də penalti qərarını ləğv edib.