Anatoli Bışovetslə Stanislav Çerçesov Bakıya gəlirlər
22.02.2010 - 13:38
Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu İqor Ponomaryovun fevralın 24-də keçiriləcək 50 illik yubiley mərasiminə rusiyalı mütəxəssislər Anatoli Bışovetslə Stanislav Çerçesov da gələcək. Lent.az-ın əldə etdiyi məlumata görə, hər iki mütəxəssis fevralın 23-də Bakıda olacaqlar.
Tədbirə Oleq Protasov da dəvətli olub. Lakin hazırda Rusiyanın “Rostov” klubuna rəhbərlik edən Protasov komanda ilə birgə Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olduğu üçün Bakıya gələ bilməyəcək. Bışovets və Çerçesov isə hazırda işsizdirlər.
Qeyd edək ki, İqor Ponomaryov SSRİ yığmasının üzvü kimi 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medal qazanarkən, komandanın baş məşqçisi məhz Anatoli Bışovets olub.

0
0