“İstefa vermək qəhrəmanlıq deyil”
22.02.2010 - 14:05
“Komandada qalıb-qalmayacağımız məlum deyil. Bu haqda bizə heç nə deyilməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun məşqçisi Şakir Qəribov deyib.
Ötən ilin payızında Vaqif Sadıqovun dəvəti ilə komandaya gətirilən 54 yaşlı çalışdırıcı baş məşqçi köməkçisi postunda çalışırdı. Sadıqovun istefasından sonra isə Qəribovun komandada gələcək taleyi maraq doğurur: “Heç kim məcburiyyətdən gətirilməyib, məcburi də qala bilməz. Hər halda, biz Azərbaycanda yaşayırıq, gedəndə gərək halallıq alasan, üzüsulu gedəsən. Düzdür, mən “Neftçi”yə Vaqif Sadıqovla gəlmişəm. Ancaq indi komandadan üz döndərmək düzgün deyil. Məşqçilik həyatı müvəqqətidir və heç bir çalışdırıcı daimi bir komandada olmur. Sadıqov da istəmirdi ki, komanda bu vəziyyətdə olsun. Hər halda, “Neftçi” həmişə çempionluğa oynayıb”.
Yeni baş məşqçinin deyil, rəhbərliyin mövqeyini gözləməyi üstün tutan Qəribov komandanın üzləşdiyi uğursuzluqlara da münasibətini bildirdi: “İstefa vermək, qəhrəmanlıq deyil, buna görə heç kimə orden verilmir. Lazım olanda gedəcəyik. Sadəcə, rəhbərliklə görüşüb, onların fikirlərini bilməyimiz lazımdır. Bəlkə bizim də səhvlərimiz olub. “Neftçi” indi də pis oynamır. Razıyam ki, komanda bundan yaxşı oynamalı idi. Vaqif müəllim də istəyirdi ki, “Neftçi” turnir cədvəlində yuxarı yerlərdə olsun, baxımlı oynasın. Azarkeşlər komandanın həm nəticə qazanmasını, həm də yaxşı oynamasını istəyirlər. Ancaq buna paralel olaraq, yalnız “Barselona” nail olur. Yaxşı oynamaq üçün öz komandanı yaratmalısan. Bunu 3-4 yaratmaq olmaz. Xarici mütəxəssislər gələn kimi komanda qurmaq üçün 3-4 il lazım olduğunu deyirlər. Bizimkilərə isə vaxt verilmir”.
Qeyd edək ki, “qızıl xallar”a görə “altılıq”da 5-ci yerdə olan “Neftçi” lider “İnter”dən 6 xal geri qalır.

0
0