Avstriyalıların Bakı planı baş tutmadı
22.02.2010 - 14:48
Almaniyanın Frankfurt şəhərində Avro-2012-nin seçmə mərhələsinin A qrupunun təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da yer aldığı qrupun oyunlarının tarixlərinin dəqiqləşdiriləcəyi tədbirə hazır təqvimlə gələn tərəflərin heç də hamısı Frankfurtu razı tərk etməyib.
Belə ki, təmsilçilərimiz Almaniya, Türkiyə, Belçika və Qazaxıstanla qarşılaşmalı olan avstriyalıların ideal təqvim arzusu gözündə qalıb. Bu ölkənin yığmasının ilk 5 qarşılaşmada – yəni birinci dövrədə hansı komandalarla və hansı ardıcıllıqla oynamaq istədiyi əvvəlcədən açıqlasa da, sonda arzularını gerçəkləşdirə bilməyib.
Ən uzun və yorucu səfərin Qazaxıstana olduğunu düşünən mərkəzi avropalılar seçmə mərhələni Xəzərin o biri sahilində başlamaq, bundan sonra Türkiyəni qəbul edib, üçüncü qarşılaşmanı Belçikada keçirmək istəyirdi. Yalnız bu 3 matçdan sonra Almaniyanı qəbul etmək niyyətində olan Ditmar Konstantininin yetirmələri birinci dövrəni Bakıda bitirməyin daha əlverişli sayırdı.
Lakin bir müddət əvvəl müəyyənləşən təqvimə əsasən avstriyalılar Bakıya yalnız ikinci dövrədə, sonuncudan əvvəlki matçına çıxmaq üçün gələcək. Birinci dövrədə isə yığmamızla qarşılaşma artıq ikinci oyun gününə təsadüf edəcək.

0
0