Ardanın nişanlısını söydülər
22.02.2010 - 15:33
“Beşiktaş” azarkeşləri “Qalatasaray”la derbi matçında Arda Turana ağır mənəvi zərbə vurublar. Apasport.az saytının məlumatına görə, “qara qartallar”ın fanatları Ardanın nişanlısı, aktrisa Sinem Kobalın ünvanına təhqiramiz ifadələr işlədiblər.
Azarkeşlər bu addımı atmaqla “Qalatasaray”ın gənc yarımmüdafiəçisinə psixoloji təzyiq göstərmək məqsədi güdüblər. Bundan öncəki derbilərdə Tuqay-Etkin Kərimoğlu, Alpay-Cansel Özalan və Əmrə Aşık-Aysun Kayacı cütlükləri də fanatlar tərəfindən söyülüb.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan “Beşiktaş” - “Qalatasaray” görüşündə qonaqların yeganə qoluna 68-ci dəqiqədə məhz Arda Turan imza atıb.

0
0