Yoahim Löv təqvimə münasibət bildirdi
22.02.2010 - 16:19
Yoahim Löv təqvimə münasibət bildirdi
“Təqvimi müəyyənləşdirərkən, bütün tərəflər qarşılarındakına güzəştə getməyə hazır idi. Bunun da nəticəsi idi ki, asanlıqla ortaq məxrəc tapdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

Avro-2012-nin seçmə mərhələsinin A qrupunun oyunlarının təqviminin müəyyənləşdirildiyi tədbirdən sonra mütəxəssis qarşılaşmalarla bağlı fikirlərini açıqlayıblar. Almaniya Futbol İttifaqının rəsmi saytına açıqlamasında Löv komandası üçün təqvimin əhəmiyyətsiz bir şey olduğunu vurğulayıb: “Bizim üçün ilk oyunun harada keçirilməsinin heç bir fərqi yox idi. Almaniya yığması kimi, biz bir şeyi əminliklə söyləyə bilərik: Türkiyə, Avstriya və Belçikada da qələbə qazanmaq iqtidarındayıq”.

Qeyd edək ki, Azərbaycan milli komandası seçmə mərhələni sentyabrın 7-də məhz Almaniya yığması ilə qarşılaşma ilə başlayacaq.