“Əgər Neftçi”nin baş məşqçisi olsam...”
22.02.2010 - 16:26
“Vaqif Sadıqovun istefa verdiyini bilirəm. Ötən həftəsonu “Bakı” - “Muğan” oyununu televiziyadan izləsəm də, işim çox olduğundan “Neftçi”nin “İnter”lə görüşünə baxa bilmədim. Hər halda, baş verənlər haqda internetdən xəbər tutmuşam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy deyib.
Həmişə iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşən türkiyəli çalışdırıcı “Neftçi” komandasını çalışdırmağın əleyhinə deyil: “Mən bu klubun baş məşqçisi olmağı həmişə istəmişəm. Bu komandanı çalışdırmaq mənim üçün böyük bir meydan oxumaq olardı. “Neftçi” artıq 5 ildir ölkə çempionu ola bilmir. Hesab edirəm ki, bu, Azərbaycan futbolunun flaqmanı olan komanda üçün böyük bir dövrdür. “Neftçi”nin sükanı arxasında olsam, çempionluq həsrətinə, komandanı keçmiş günlərimə qaytarmaq üçün əlimdən gələni etməyə hazıram”.
“Neftçi”dən hər hansı təklif almadığını bildirən Şensoyun fikrincə, bu komandaya təyinatının baş tutmasını real deyil. Hazırda Bolqarıstanda Plovdivin “Lokomotiv” klubuna rəhbərlik edən çalışdırıcı fikrini belə əsaslandırıb: “Mənim “Lokomotiv”lə müqaviləm, klub prezidentinin isə mənə böyük inamı, güvəni, eyni zamanda ehtiyacı var. Çünki indi ağır günlərini yaşayan “Lokomotiv”i güclülər dəstəsində saxlamalıyıq. Bu səbəbdən indi komandadan ayrılmağım çox çətin olar. Durub “Lokomotiv”in prezidentə “Neftçi” məni baş məşqçi postunda görmək istəyir” deməyim də düzgün çıxmaz. Əgər rəsmi təklif gəlsə, məsələ rəhbərlik səviyyəsində müzakirə olunsa, “Lokomotiv”in prezidenti “Neftçi” səni istəyir, buna nə deyirsən” söyləsə, o zaman nəsə ola bilər. İndi isə bunun real olmadığını yaxşı başa düşürəm”.

0
0