“Həyatımda ərəb kişi yoxdur, mən Covannini sevirəm” - FOTO
10.03.2010 - 11:01
“Həyatımda ərəb kişi yoxdur, mən Covannini sevirəm” - FOTO
“Qalatasaray” klubunun meksikalı yarımmüdafiəçisi Covanni dos Santosun sevgilisi Belinda Pereqrindən ayrılması barədə xəbərlər yayılıb. Apasport.az saytının məlumatına görə, müğənni və aktrisa olan Belindanın gənc futbolçuya xəyanət etdiyi bildirilir.

20 yaşlı meksikalı xanımın qəzetlərdə yad kişi ilə şəkli dərc olunduqdan sonra onun haqqında belə iddia irəli sürülüb: “Dos Santosu bir ərəb milyonerə görə atıb”.

Pereqrin isə bütün bunları təkzib edib: “Mətbuatın hadisələri necə şişirtdiyini bilirsiniz. Birgə şəkil çəkdirdiyim həmin şəxs qardaşım Naçodur. Həyatımda ərəb kişinin olması da uydurmadır. Mən Covannini sevirəm”.
0