1:1, 2:2
10.03.2010 - 11:42
1:1, 2:2
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Kiprdə təlim-məşq toplanışında olan Oliver Pelzerin yetirmələri “Paleklesai” klubunun nəzdindəki həmyaşıdları ilə üz-üzə gəliblər. Hazırlıq prosesi çərçivəsində baş tutan ikinci yoxlama oyunu 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Oruc Balaşlı və Bəxtiyar Məsiməliyev fərqləniblər.

Qeyd edək ki, ilk sınağında Kipr yığması ilə üz-üzə gələn millimiz 1:1 hesablı heç-heçə ilə kifayətlənmişdi.
0