Unibank Premyer Liqası: XXIII turun oyunlarının vaxtı
10.03.2010 - 12:18
Unibank Premyer Liqası: XXIII turun oyunlarının vaxtı
Unibank Premyer Liqasının XXIII turunun oyunlarının başlama vaxtları dəqiqləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, final mərhələsinin oyunlarına Bakıda start veriləcək.

Martın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” - “Qarabağ” matçı ilə başlayan tura ertəsi gün “Şəfa” stadionunda yekun vurulacaq. XXIII tur “İnter” və “Neftçi” arasındakı paytaxt derbisi ilə başa çatacaq.

12 mart (cümə)
14:00. "Bakı" - "Qarabağ"

Bakı. T.Bəhramov adına Respublika stadionu

15:00. "Simurq" - "Karvan"
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

15:00. "Olimpik-Şüvəlan" - "Standard"
Bakı. "Şəfa" stadionu

18:00. "Xəzər Lənkəran" - "Qəbələ"
Lənkəran şəhər mərkəzi stadionu

13 mart (şənbə)
15:00. "Turan" - "Muğan"

Tovuz şəhər stadionu

16:00. "İnter" - "Neftçi"
Bakı. "Şəfa" stadionu
0