Qvardiola və İbrahimoviçsiz “Barselona”
10.03.2010 - 13:52
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola cəzalandırılıb. Lent.az-ın məlumatına görə, Qvardiola ölkə çempionatının növbəti turunu tribunada keçirəcək.
39 yaşlı mütəxəssis martın 6-da “Barsa”nın “Almeriya” ilə 2:2 hesablı heç-heçə etdiyi görüşdə hakimlə mübahisə etdiyi üçün məşqçilər skamyasından qovulub. Buna görə də Qvardiola martın 14-də “Valensiya” ilə səfər qarşılaşmasını tribunadan izləyəcək.
Qarşıdakı matçda Kataloniya klubunun forvardı Zlatan İbrahimoviç də oynamayacaq. İbrahimoviç də “Almeriya” ilə görüşdə meydançadan qovulub. “Barsa” rəhbərliyi həm Qvardiola, həm də İbrahimoviçlə bağlı apellyasiya verəcəyini açıqlayıb.
Qeyd edək ki, 25 turdan sonra “Real” və “Barselona” 62 xalla 1-2-ci yerləri bölüşdürürlər. 3-cü yerdəki “Valensiya”nın isə 47 xalı var.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0