“Xəzər-Lənkəran” ciddi itkilərlə üzləşib
10.03.2010 - 16:02
“Xəzər-Lənkəran” ciddi itkilərlə üzləşib
“Xəzər-Lənkəran” Unibank Premyer Liqasında “altılığ”ın ilk turuna ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Ağasəlim Mircavadov Azərbaycan kuboku uğrunda “Qarabağ”la ilk 1/4 final oyununda xidmətindən məhrum olduğu futbolçuları yenə oynada bilməyəcək.

Bunlar qapıçılar – Kamran Ağayevlə Sabit Səfərov, braziliyalı yarımmüdafiəçi Dieqo Qusmao Souza və moldovalı hücumçu Denis Kalinkovdur. Zədə problemləri olan bu futbolçular hazırda həkim nəzarəti altındadırlar.

Qeyd edək ki, Kalinkovla Souza xeyli vaxtdır zədədən əziyyət çəkir. “Xəzər-Lənkəran”ın kapitanı olan Kamran milli komandamızın düşərgəsindən zədəli qayıdıb. Hələ Lənkəran təmsilçisində debüt etməyən Zabit isə cərrahiyyə əməliyyatından sonra bərpa proses keçir.
0