Milla Azərbaycan yığması haqda düşünmür
10.03.2010 - 16:11
Milla Azərbaycan yığması haqda düşünmür
19 yaşadək futbolçulardan ibarət İspaniya yığması təlim-məşq toplanışına başlayıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının elit raundunda Azərbaycan milli komandasının rəqibi olan pireneylilər 3 gün Madriddəki Las-Roxas bazasında məşq keçəcəklər. Aprelin 14-19-da Türkiyədə keçiriləcək mini-turnirə hazırlaşan ispanların baş məşqçisi Luis Milla yetirmələrindən məmnunluğunu gizlətməyib: “Komandam çox istedadlı, ən əsası isə necə oynamaq lazım olduğunu bilən futbolçulardan təşkil olunub”.

Futbolçu karyerası yalnız 3 klubla – “Barselona” (1984-1990), “Real” (1990-97) və “Valensiya” (1997-2001) ilə bağlı olan Milla Azərbaycan yığmasını ciddi rəqib saymır. Belə ki, 44 yaşlı mütəxəssis oyun üslubu qrupdakı rəqiblərindən ikisinə bənzəyən İrlandiya yığması ilə yoldaşlıq görüşünün keçirilməsi ilə kifayətlənmək qərarına gəlib. Milla ada təmsilçisini Türkiyə və Norveçə oxşadığını vurğulayıb. Lakin ispan çalışdırıcı yığmamız kimi oynayan rəqib axtarmaq haqda düşünmür də. Bəlkə də Milla aprelin 19-da keçiriləcək sonuncu turun Azərbaycanla oyununa kimi birinci yerin taleyinin həll olunacağını düşünür.
0