“Qızıl toplar” və ya “altılığ”ın “qol krallar”ı – TAM SİYAHI
10.03.2010 - 17:30
“Qızıl toplar” və ya “altılığ”ın “qol krallar”ı – TAM SİYAHI
Məlum olduğu kimi, Unibank Premyer Liqasında cari mövsüm “altılıq” sistemi ilə keçirilir. Bu o deməkdir ki, “altılığ”a düşən komandaların ilk mərhələdən topladığı xallardan yalnız mükafatlar uğrunda mübarizədə rəqibləri ilə oyunlardakı xallar saxlanılır. Maraqlıdır, bu, bombardirlər yarışına da şamil edilsəydi, onda hansı mənzərə yaranardı? “Qızıl xallar”ın əvəzinə “qızıl toplar” sistemi olsaydı, ikinci “altılığ”a düşən komandalara vurulan toplar silinsəydi, onda bombardirlər yarışında “qol kralı” kim olardı? Araşdırma yazımızda bu və digər məqamlara aydınlıq gətirməyə çalışacağıq.

Əvvəla, “altılığ”a düşən komandaların öz aralarında oyunlarda 45 qolun vurulduğunu qeyd edək. Ən çox qol vuran ilk mərhələdə olduğu kimi, “İnter”dir. Təsadüfi deyil ki, “altılıq”dakı “qol kralı”ından biri də braziliyalı futbolçusu Leandro Roşadır. Onun “Xəzər-Lənkəran”da çıxış edən həmyerlisi Mario Souza kimi hesabında 4 qol var və bombardirlər yarışında liderdir. Maraqlıdır ki, Roşa ilə Souzanın ilk mərhələdən sonra vurduğu qollar bərabərdir – hərəyə 7. “Altılıq”dakı rəqiblərindən “Qarabağ”, “Xəzər-Lənkəran”, “Bakı”, “Qəbələ”yə qol vuran Leandro yalnız “Neftçi”nin qapısına yol tapa bilməyib. Mario isə 4 qoldan ikisini “Bakı”ya, digər ikisi “İnter” və “Qəbələ”yə vurub.

İlk mərhələnin bombardiri hesabında 9 qol olan “Neftçi”nin rumın yarımmüdafiəçisi Adrean Neaqadır. Onun ən yaxın izləyicisi isə “İnter”in latviyalı hücumçusu Girts Karlsondur – 8 qol. Ancaq yalnız “altılığ”ı götürsək, onların hər ikisinin hesabında 2 qol var. Neaqa hər iki qolu Respublika stadionunda “Bakı”ya vurub. Adrean və Girts qədər fərqlənən “Qarabağ”ın və milli komandamızın yarımmüdafiəçisi Rəşad Sadiqov bu marafonda azərbaycanlı bombardirdir. Ümumiyyətlə, qol vuran 29 futbolçudan 18-i legioner (çoxu da braziliyalı), milliləşən ukraynalı Vladimir Levini də nəzərə alsaq 11-i yerli futbolçudur. Cəmi iki legioneri olan “Qarabağ” “altılıq”da bütün qolları yerli futbolçular vuran yeganə komandadır.

Qeyd edək ki, “altılığ” iştirakçılarının görüşlərində het-trik qeydə alınmayıb. Yalnız bir dubl olub ki, bu da İvan Svetkova məxsusdur. “Xəzər-Lənkəran”ın bolqar hücumçusu “Bakı”nı səfərdə böyük hesabla məğlub etdikləri oyunda iki qol vurub.

“Altılıq”da bombardirlik cədvəli

1-2. Leandro Roşa (Braziliya, “İnter”), Mario Souza (Braziliya, “Xəzər-Lənkəran”) – 4 qol
3. Robertas Poşkus (Litva, “İnter”) – 3
4-10. Girts Karlson (Latviya, “İnter”), Rəşad Sadiqov (“Qarabağ”), İvan Svetkov (Bolqarıstan, “Xəzər-Lənkəran”), Jaba (Braziliya, “Bakı”), Adrean Neaqa (Rumıniya, “Neftçi”), İqor Melnik (Ukrayna), Kristian Torres (Argentina, hər ikisi “Qəbələ”) – 2
5-29. Vladimir Levin, Petar Zlatinov (Bolqarıstan, hər ikisi “İnter”), Rahid Əmiqruliyev, Denis Kalinkov (Moldova, hər ikisi “Xəzər-Lənkəran), Aslan Kərimov, Rəşad Sadıqov, Rauf Əliyev, Rəşad Kərimov (hamısı “Qarabağ”), Bəxtiyar Soltanov, Aleksandr Şoliç, Ernad Skuliç (hər ikisi Xorvatiya), Gürşad Duymuş (Türkiyə), Adriano (Braziliya, hamısı “Bakı”), Rail Məlikov, Samir Əliyev, Marian Aliuta (Rumıniya), Valter Quqlemon (Uruqvay, hamısı “Neftçi”), Vurğun Hüseynov, Tomaş Stolpa (Polşa, hər ikisi “Qəbələ”)

Topların fərqi

1. “İnter” 11-10
2. “Qarabağ” 6-4
3. “Xəzər-Lənkəran” 8-4
4. “Bakı” 8-9
5. “Neftçi” 6-6
6. “Qəbələ” 6-12

“Altılıq”dakı komandaların öz aralarındakı oyunları
I dövrə


“Xəzər-Lənkəran” – “İnter” – 1:0

Denis Kalinkov, 85

“Qəbələ” – “Xəzər-Lənkəran” – 1:1
İqor Melnik, 88 – Mario Souza, 26

“Bakı” – “Qarabağ” – 0:1
Aslan Kərimov, 80

“İnter” – “Qəbələ” – 3:2
Vladimir Levin, 68, Leonardo Roşa, 88, Girts Karlson, 90 – İqor Melnik, 36, Kristian Torres, 69

“Qarabağ” – “Neftçi” – 1:0
Vaqif Cavadov, 40

“Qəbələ” – “Neftçi” – 1:0
Kristian Torres, 80

“İnter” – “Bakı” – 1:0
Leonardo Roşa, 32

“Bakı” – “Neftçi” – 0:2
Adrean Neaqa, 73, Marian Aliuta, 88

“Qarabağ” – “Xəzər-Lənkəran” – 1:0
Rauf Əliyev, 86

“Qəbələ” – “Bakı” – 0:2
Bəxtiyar Soltanov, 40, Aleksandr Şoliç, 76

“İnter” – “Qarabağ” – 2:1
Robertas Poşkus, 58, Leonardo Roşa, 66 – Rəşad Sadiqov, 87

“Neftçi” – “İnter” – 2:1
Valter Quqlemon, 21, Samir Əliyev, 76 – Robertas Poşkus, 66

II dövrə

“Xəzər-Lənkəran” – “Bakı” – 1:1

Mario Souza, 52 – Əhməd Ticani, 44

“Bakı” – “Xəzər-Lənkəran” – 0:3
İvan Svetkov, 57-pen, 90+2, Mario Souza, 90+1

“Qəbələ” – “Qarabağ” – 1:1
Tomaş Stolpa, 52-pen – Rəşad Sadiqov, 78

“İnter” – “Xəzər-Lənkəran” – 1:1
Leandro Roşa, 50 – Mario Souza, 5

“Bakı” – “İnter” – 2:0
Jaba, 62, Ernad Skuliç, 79

“Neftçi” – “Qəbələ” – 1:1
Rail Məlikov, 65 – Vurğun Hüseynov, 73

“Xəzər-Lənkəran” – “Qəbələ” – 1:0
Rahid Əmirquliyev, 52

“Qəbələ” – “İnter” – 0:1
Petar Zlatinov, 87

“Neftçi” – “Bakı” – 1:1
Adrian Neaqa, 38-pen – Jaba, 24-pen

“Bakı” – “Qəbələ” – 2:0
Gürşad Duymuş, 35, Adriano, 90+2

“Qarabağ” – “İnter” – 1:1
Rəşad Kərimov, 22 – Robertas Poşkus, 60

“İnter” – “Neftçi” – 1:0
Girts Karlson, 87

Qeyd: qolsuz heç-heçə nəticələnən “Neftçi” – “Xəzər-Lənkəran”, “Xəzər-Lənkəran” – “Neftçi”, “Neftçi” – “Qarabağ”, “Xəzər-Lənkəran” – “Qarabağ”, “Qarabağ” – “Qəbələ” və “Qarabağ” - “Bakı” oyunları nəzərə alınmayıb.

Mehman Süleymanov
0