“Xəzər-Lənkəran” - “Qəbələ”: 9-cu sınaq
10.03.2010 - 17:41
“Xəzər-Lənkəran” - “Qəbələ”: 9-cu sınaq
Unibank Premyer Liqasının final mərhələsinin ilk turunda qarşılaşacaq “Xəzər-Lənkəran”la “Qəbələ” milli çempionatlar tarixində 9-cu dəfə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, lənkəranlılar 2007-ci ilin yayınadək “Gilan” adı altında çıxış edən rəqibi ilə qarşılaşmalarda daha çox qələbə qazanıb.

Cənublular 5, “Qəbələ” 1 dəfə bu görüşləri 3 xalla tərk etməsinə sevinib. Daha iki dəfə rəqiblər meydanı hərəyə 1 xalla tərk ediblər. Top fərqində də üstünlük cənubluların tərəfindədir – 14:5.

Çempionat çərçivəsində 5-ci dəfə “Xəzər-Lənkəran” “Qəbələ” ilə matça ev sahibliyi edəcək. Lənkərandakı oyunlarda heç vaxt heç-heçənin qeydə alınmaması ilə yanaşı, qəbələlilərin yeganə qələbəsinin də bu arenada gerçəkləşib. Öz meydanındakı qələbə sayında 3:1 hesabı ilə üstün olan cənub təmsilçisi top fərqində də qonaqlardan güclü olub – 8:3. Maraqlıdır ki, uduzduğu oyunda da rəqib qapısına yol tapan “Xəzər-Lənkəran” Qəbələ təmsilçisi ilə 8 oyunun hər birində ən azı bir dəfə də olsun qol sevinci yaşayıb.

Qeyd edək ki, “Qəbələ” 2007-ci ilin yayına kimi “Gilan” adı altında çıxış edib.

“Xəzər-Lənkəran” – “Qəbələ”: çempionatdakı bütün oyunlar

09.12.2006

“Xəzər-Lənkəran” – “Qəbələ”

4:0

23.05.2007

“Qəbələ” - “Xəzər-Lənkəran”

0:3

30.09.2007

“Xəzər-Lənkəran” – “Qəbələ”

2:1

05.04.2008

“Qəbələ” - “Xəzər-Lənkəran”

1:1

15.11.2008

“Qəbələ” - “Xəzər-Lənkəran”

0:1

03.05.2009

“Xəzər-Lənkəran” – “Qəbələ”

1:2

19.09.2009

“Qəbələ” - “Xəzər-Lənkəran”

1:1

19.12.2009

“Xəzər-Lənkəran” – “Qəbələ”

1:0

0