“Şakir Qəribov mənə heç nə deməyib”
10.03.2010 - 18:18
“Şakir Qəribov mənə heç nə deməyib”
“Şakir Qəribovun qərarının səbəbini bilmirəm. Çünki gedəcəyi haqda mənə heç nə deməmişdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Vaqif Sadıqovun istefasından sonra komandanın “sükanı arxası”na keçən Əsədov Şakir Qəribovla birgə çalışırdı. Ancaq Sadıqovun özü ilə birgə gətirdiyi Qəribov bu gün gözlənilmədən istefa verib ki, bu da rəhbərlik tərəfindən qəbul olunub. Əsədov köməkçisinin gedişini belə şərh edib: “Mən sonradan bildim ki, Qəribov istefa verməyi qərara alıb. Onu kimsə vəzifəsindən çıxartmayıb. Rəhbərliyə yaxınlaşaraq, tutduğu postdan azad olunmasını istəyib. Şəxsən mənim Qəribovla heç bir münaqişəm, fikir ayrılığım olmayıb. Biz onunla sakitcə bir yerdə işləyirdik. Sadəcə, Qəribov “Neftçi”ni tərk etmək istədi. Mən onun qərarına anlayışla yanaşıram”.

Mənbə: extratime.az
0