Babək Quliyev Xaqani Məmmədovdan rəsmən üzr istəyəcək!
11.03.2010 - 00:05
Babək Quliyev Xaqani Məmmədovdan rəsmən üzr istəyəcək!
AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovla sabiq FİFA referisi Babək Quliyev arasındakı məhkəmə çəkişməsi başa çatıb. Apasport.az saytının xəbərinə görə, Yasamal Rayon Məhkəməsində HK sədrinin iddiası üzrə keçirilən məhkəmə yekunlaşıb və Məmmədovun şikayəti qismən təmin olunub.

Məhkəmənin qərarına əsasən, Quliyev Məmmədovun şərəf və ləyaqətini təhqir etdiyi üçün 800 manat cərimə edilib. Bununla yanaşı, o HK sədrindən ölkə mətbuatında rəsmən üzr istəməlidir.

Xatırladaq ki, təxminən 1 il əvvəl hakimlikdən kənarlaşdırılan Babək Quliyev keçirdiyi mətbuat konfransında Məmmədovun ünvanına sərt ittihamlar səsləndirmişdi. Bu səbəbdən HK sədri Yasamal Rayon Məhkəməsinə şikayət etmişdi.
0