Azərbaycan yığmasının rəqibi şərikinə qarşı
11.03.2010 - 10:13
Azərbaycan yığmasının rəqibi şərikinə qarşı
Avstriya yığması Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə rəsmi oyun öncəsi özünə rəqib tapıb. Apasport.az saytının məlumatına görə, avstriyalılar bu ilin avqustun 11-də İsveçrə yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Son Avropa çempionatının final mərhələsinin şərikli təşkilatçıları həmin tarixdə öz aralarında oyun keçirməyi razılaşdırıb. Görüş Avstriyanın Klaqenfurt şəhərindəki “Verterzee” stadionunda baş tutacaq. Bu oyun avstriyalıların Avro-2012-yə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Avstriya yığması milli komandamızla ilk oyununu bu ilin oktyabrın 8-də evdə keçirəcək.
0