“Şanslar bərabər olsa da, “Qarabağ”ı məğlub etməliyik”
12.03.2010 - 00:01
“Oyundan əvvəl şanslar adətən bərabər olur. Bu gün baş tutacaq görüş öncəsi də belədir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Vadim Borets deyib.
Bu gün ölkə çempionatının əsas mərhələsində “Qarabağ”la çətin görüşə çıxacaq paytaxt təmsilçisinin moldovalı legioneri bildirib ki, hər oyuna qələbə üçün çıxacaqlar. Hansısa komandadan qorxmadıqlarını vurğulayan Boretsin sözlərinə görə, bütün rəqiblə, o cümlədən “Qarabağ”la hörmətlə yanaşırlar: “Rəqib komandada müdafiə, yarımmüdafiə, hücumda yaxşı futbolçuları var. Qapıçıları da pis deyil. Bir sözlə, hər xətdə öz liderləri var. “Qarabağ” yaxşı komanda olsa da, biz onları mütləq yenməliyik. Bunun üçün inamlı oynamalıyıq. Çempionluq uğrunda mübarizəmi davam etdirmək istəyiriksə, meydanı qalib tərk etməliyik”.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” matçı saat 14:00-da başlayacaq.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0