“Qurban Berdıyev Araz Abdullayevin istedadını üzə çıxarmağı bacaran məşqçidir”
12.03.2010 - 10:38
Rusiya Premyer Liqasının startı ərəfəsində klubların qış fasiləsindəki dəyişiklikləri müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarlarımız komandaların yeni transferlərini dəyərləndirməyi lazım bilib.
Ardıcıl iki il ölkə çempionu adını qazanan “Rubin” də bu mənada istisna təşkil etməyib. Maraqlıdır ki, həmkarlarımız Azərbaycan yığmasının və Bakının “Neftçi” klubunun futbolçusu Araz Abdullayevi də Kazan təmsilçisinin yeni tapıntısı kimi qələmə verib: “Orta sahənin gücləndirilməsini söyləmək olmaz. İsrailin gənclər yığmasının kapitanı Bibras Natxo və Azərbaycan futbol tarixinin ən gənc yığma oyunçusu Araz Abdullayev hələ özünü beynəlxalq arenada göstərməyib. Amma hamıya məlumdur ki, komandanın baş məşqçisi Qurban Berdıyev yeni futbolçuların istedadını üzə çıxarmağı bacaran mütəxəssisdir”.
Qeyd edək ki, ötən ay “Rubin”də baxışda olan Abdullayevi bəyənən və “Neftçi” rəhbərliyi ilə danışıqlara başlayan rusiyalıların yalnız apreldə keçidi rəsmiləşdirəcəyi gözlənilir.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0