Afrikanın ən yaxşı futbolçusu bəlli oldu
12.03.2010 - 10:40
Kot d İvuar milli komandasının və İngiltərənin “Çelsi” klubunun hücumçusu Didye Droqba Afrikada ilin futbolçusu seçilib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Droqba Afrika Futbol Konfederasiyasının Qanada təşkil etdiyi mərasimdə mükafatlandırılıb.
Martın 11-də 32 yaşı tamamlanan forvard 2006-cı ildə də eyni mükafata layiq görülüb. Bu il isə o, “Çelsi”dəki qanalı komanda yoldaşı Mikael Essyen və İtaliya “İnter”inin kamerunlu forvardı Samuel Eto’O ilə mübarizə aparıb. Ötən mövsüm Droqba “Çelsi”nin heyətində 25 qol vurub.
Afrikada ilin komandası isə Əlcəzair sayılıb.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0