Milli komandamız “Frayburq”a uduzdu
12.03.2010 - 11:53
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu oyunu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Almaniyada təlim-məşq toplanışında olan Bernard Lippertin yetirmələri “Frayburq” klubunun nəzdindəki 19 və 21 yaşadək futbolçulardan ibarət birləşmiş komanda ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Toplanış çərçivəsindəki ilk oyununu “Maynts” klubunun 19 yaşlıları ilə keçirən yığmamız həmin görüşdə də qol vura bilməmişdi – 0:0.
Qeyd edək ki, futbolçularımızın martın 3-də başlayan Almaniya toplanışı ayın 14-dək davam edəcək.
Qeyd edək ki, futbolçularımızın martın 3-də başlayan Almaniya toplanışı ayın 14-dək davam edəcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0