Azərbaycan - Moldova: 8-ci duel
12.03.2010 - 12:04
Azərbaycan - Moldova: 8-ci duel
Mayın 26-da keçiriləcək yoldaşlıq oyununda Moldova ilə görüşəcək Azərbaycan milli komandası indiyədək 7 dəfə bu rəqiblə üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, Avstriyadakı təlim-məşq toplanışında baş tutacaq 8-ci duelə qədər futbolçularımız yalnız bir qələbəyə sevinib.

Bu da 12 il əvvəl qeydə alınıb. Həmin vaxt Yunis Hüseynovun vurduğu qol moldovalılar üzərində yeganə qələbəmizi rəsmiləşdirdi. Bundan sonra heç cür rəqibini üstələyə bilməyən komandamız ümumilikdə 3 dəfə moldovalılara “boyun əyib”. 2001-ci ildə Bakıdakı matçda isə iki futbolçusu qırmızı vərəqə alıb 9 nəfərlə qalan vaxtda da qonaqlar futbolçularımıza sevinmək imkanı verməyib. Azərbaycan və Moldova yığmaları arasında son iki görüşdə isə qapılara qol vurulmayıb.

Qeyd edək ki, Avstriyadakı matç rəqiblərin neytral meydanda oynayacaqları ilk duel olacaq.

tarix

status

yer

oyun

hesab

01.09.1994

Yoldaşlıq oyunu

Kişinyov

Moldova-Azərbaycan

2:1

22.03.1998

Yoldaşlıq oyunu

Bakı

Azərbaycan - Moldova

1:0

24.03.2001

DÇ-2002-nin seçmə oyunu

Bakı

Azərbaycan - Moldova

0:0

01.09.2001

DÇ-2002-nin seçmə oyunu

Kişinyov

Moldova-Azərbaycan

2:0

31.03.2004

Yoldaşlıq oyunu

Kişinyov

Moldova-Azərbaycan

2:1

09.02.2005

Yoldaşlıq oyunu

Bakı

Azərbaycan - Moldova

0:0

08.05.2006

Yoldaşlıq oyunu

Kişinyov

Moldova-Azərbaycan

0:0

0