AFFA milli komandanı Almatıya aparır
12.03.2010 - 12:55
AFFA milli komandanı Almatıya aparır
Azərbaycan və Qazaxıstan yığmaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi məkan dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu ölkənin 21 yaşlılardan ibarət milli komandaları (U-21) Almatıda görüşəcək.

Qazaxıstanın baş məşqçisi Pavel Rodnenok bu illə bağlı açıqladığı hazırlıq planlarında bizimlə oyuna xüsusi yer verir. Belaruslu çalışdırıcı oktyabrında 21 yaşlılarımızın yolunu gözləyir: “Bizim Almatıda hələ yayda, dövrlər arasında təlim-məşq toplanışımız nəzərdə tutulub. Orada Azərbaycandan həmyaşıdlarımızı qəbul etməyi də planlaşdırmışıq. Bu, hazırda seçmə mərhələdə çıxış edən komandadır”. Rodnenokun həmyerliləri seçmə mərhələdə Azərbaycanın U-21-i ilə bir qrupda yer alıb.

Qeyd edək ki, milli komandamız Qazaxıstanın əsas yığması ilə ölkənin əvvəlki paytaxtı olan Almatıda görüşüb.
0