Futbolçularımız Gürcüstanla 2 yoldaşlıq görüşü keçirəcək
12.03.2010 - 13:32
Qadınlardan ibarət Azərbaycan milli komandasının növbəti rəqibinin adı məlum olub. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Şamil Heydərovun yetirmələri Gürcüstanla 2 yoldaşlıq oyunu keçirəcək. Bu qarşılaşmalar martın 16-da və 18-də baş tutacaq. Dünya çempionatının martın 27-də Çexiya ilə seçmə matçına hazırlaşan futbolçularımız hər iki yoldaşlıq görüşünü səfərdə keçirəcək. Oyunlar Rustavi şəhərindəki “Poladi” stadionunda olacaq.
Qeyd edək ki, matçın keçiriləcəyi arena 10720 tamaşaçı tutumuna malikdir.
Qeyd edək ki, matçın keçiriləcəyi arena 10720 tamaşaçı tutumuna malikdir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0