Hakimlər Komitəsinin 1 il əvvəlki səs-küylü qərarı ləğv olundu
12.03.2010 - 13:54
Hakimlər Komitəsinin 1 il əvvəlki səs-küylü qərarı ləğv olundu
AFFA-nın Hakimlər Komitəsi Anar Niyazovu bağışlayıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı sabiq FİFA referisinin hakimlikdən uzaqlaşdırılması ilə bağlı bir il əvvəl çıxardığı qərar ləğv edilib.

“Nizam –İntizam Kodeksi”nin I maddəsinin “h” bəndinə uyğun olaraq, hakim adına xələl gətirən nöqsanlara yol verdiyi üçün hakimlikdən kənarlaşdırılan Niyazovun səhvləri ilə bağlı aşdırmaların nəticəsini, onun AFFA prezidentinə və Hakimlər Komitəsinə yazdığı müraciətlərdə səhvini etiraf etdiyini və bağışlanması haqqında xahişini nəzərə alaraq qərara alıb ki, Niyazovun hakimlikdən uzaqlaşdırılması ilə bağlı qərar ləğv edilsin və ilkin olaraq I divizion oyunlarının idarəçiliyinə cəlb olunsun.

Qeyd edək ki, Hakimlər Komitəsinin indiki sədri Xaqani Məmmədov da vaxtilə hakimlikdən kənarlaşdırılıb sonra geri qaytarılıb.
0