Mahir Şükürov sevimli nömrəsinə qovuşdu - FOTO
12.03.2010 - 14:15
Mahir Şükürov sevimli nömrəsinə qovuşdu - FOTO
Mahir Şükürovun Rusiyanın “Anji” klubunda hansı formada çıxış edəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi milli komandamızda olduğu kimi, yeni klubunda da “4 nömrə”li formanı daşıyacaq.

Mahir “Anji”nin yeni futbolçularının təqdimetmə mərasimində formasını şəxsən klub prezidenti Maqomed-Sultan Maqomedovdan alıb. Şükürovun sağında isə onu Bakının “İnter” klubundan transfer edən gürcü baş məşqçisi Omari Tetradze yer alıb. “Üçlük” birgə şəkli də çəkdirib.

Qeyd edək ki, karyerası boyu daha çox “4 nömrə” ilə oynayan Mahir Mahaçqala təmsilçisinin qış fasiləsində transfer etdiyi 8 yeni futbolçudan biridir. Rus həmkarlarımız yoldaşlıq görüşlərində mütəmadi oynayan, gəlişi ilə “Anji”nin müdafiəsinin sağ cinahındakı problemi həll edən Şükürovu əsas heyət oyunçusu kimi qeyd edir.
0