“Bakı” Qurbanova yenə “2” verdi
12.03.2010 - 16:05
“Bakı” Qurbanova yenə “2” verdi
Unibank Premyer Liqasının final mərhələsinin ilk oyununda “Bakı”ya 0:2 hesabı ilə uduzan Ağdamın “Qarabağ” klubunun məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri son 14 qarşılaşmada meydanı məğlub tərk etmirdi.

Sonuncu dəfə ötən il noyabrın 7-də Bakıda “İnter”ə 1:2 hesabı ilə uduzan ağdamlılar o vaxtdan heç kimə yenilmirdi. Bu 125 gün ərzində 12 çempionat və 2 kubok matçına çıxan “Qarabağ” cari mövsümdə Azərbaycan klublarına 2 top fərqi ilə uduzmamışdı.

Ağdam təmsilçisinin yerli komandaya belə fərqlə son məğlubiyyəti isə ötən mövsümün sonlarına təsadüf edib. Bir il əvvəl martın 7-də də 0:2 hesabına üzülən “Qarabağ” 370 gün əvvəl də “Bakı” qarşısında aciz qalmışdı. İndi olduğu kimi, onda da Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunu başıaşağı tərk etmişdi.

Qeyd edək ki, 370 gün ölkə miqyasında iki top fərqi ilə uduzmayan “Qarabağ” Avropa Liqasının “Tvente” ilə oyununda 3:1 hesabına üzülmüşdü.
0