Qurban Qurbanov özünü yox, bütün futbolçuları günahlandırır
12.03.2010 - 16:24
“Hər komandanın mövsümdə güclü və zəif oyunları olur. Bu, “Qarabağ”ın çox zəif oyunlarından biri idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Unibank Premyer Liqasında “altılığ”a məğlubiyyətlə başlayan “Qarabağ” “Bakı”ya səfərdə 0:2 hesabı ilə uduzdu. Nəticə ilə yanaşı, yetirmələrinin oyunundan narazı qalan Qurbanovun sözlərinə görə, bu gün onların günü deyilmiş: “Futbolçular verdiyim tapşırıqları demək olar yerinə yetirmədilər. Əsas problemimiz onda idi ki, oyunçularımız 3-4 ötürmədən sonra topu itirir, rəqibə verir və buna qarşı heç nə edə bilmirdik. İstənilən halda, “Bakı”nın xidmətlərini aşağı salmıram. Rəqib yaxşı oynayıb, layiqli qələbə qazandı”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0